Modern.az

Putinlə gizli danışıqlar apardılar

Putinlə gizli danışıqlar apardılar

Dünya

Bu gün, 22:41

Helsinki və Oslo Baltik dənizində hərbi qarşıdurmanın qarşısını almaq məqsədilə Moskva ilə məxfi danışıqlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Styör rusiyalı iş adamının vasitəçiliyindən istifadə edərək oktyabrın 27-də Vladimir Putinlə şəxsən danışıblar.

Onlar Rusiya prezidentini NATO-nun dəniz blokadası tətbiq etmək niyyətində olmadığına əmin ediblər.

WSJ yazır ki, bundan əvvəl Moskva Baltik regionunda öz maraqlarını qorumaq üçün qabaqlayıcı nüvə zərbələri endirməyə hazır olduğu barədə alyansa xəbərdarlıq edib.

Qərb ölkələrinin Rusiyanın “kölgə donanması”na məxsus tankerləri ələ keçirməyə cəhdləri fonunda Baltik dənizində gərginlik artıb. Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi neft tədarükünün 60 faizindən çoxu Baltik dənizindən keçir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI