Modern.az

Qardaş ölkədə bina uçdu, ölənlər var

Qardaş ölkədə bina uçdu, ölənlər var

Dünya

Bu gün, 21:33

Pakistanın Kəraçi şəhərində tikilməkdə olan beşmərtəbəli binanın çökməsi nəticəsində azı 3 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.

Modern.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, hadisə çökmə anında 20-dən çox fəhlənin olduğu tikinti meydançasında baş verib.

"Rescue 1122" xilasetmə xidmətinin nümayəndəsi Həsən Ul Həsib Xanın sözlərinə görə, bundan sonra xilasedicilər dağıntılar altından 3 nəfərin meyitini və 14 yaralını çıxarıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Şərq dairəsi komissarının müavini Nəsrulla Abbasinin sözlərinə görə, binanın tikintisi yekun mərhələdə idi. Çökmənin səbəbləri hələlik müəyyən edilməyib.

Polis üç şübhəlini saxlayıb. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI