Modern.az

Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi - VİDEO

Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi - VİDEO

Dünya

Bu gün, 23:02

Noyabrın 25-də İran Prezidenti Məsud Pezeşkian Məşhəd şəhərindəki Firdovsi Universitetində keçirilən tədbir zamanı tələbənin etirazından sonra qısa müddətə səhnəni tərk edib.

Modern.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

Məlumata görə, xanım tələbə tədbirin təşkilinə, xüsusilə də tələbələrin öz fikirlərini sərbəst ifadə etmələri üçün imkanların məhdudlaşdırılmasına qarşı çıxıb.

Pezeşkian etiraza cavab olaraq tələbədən yerində əyləşməsini istəyib və tədbirin gedişindən narazılığını ifadə edib.

"Xanım, yerinizə oturun... Elə şərait yaradırlar ki, gələcəkdə belə tədbirlərdə iştirak etməyək... Bizim başqa iclasımız da var. Artıq burada danışmağın heç bir faydasının qalmadığını düşünürəm", - deyə dövlət başçısı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI