Modern.az

Hava yenidən pisləşir - Qar yağacaq

Hava yenidən pisləşir - Qar yağacaq

Aktual

25 Aprel 2023, 15:40

Azərbaycanın rayonlarında aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et