Modern.az

Ağ Evdən Ukrayna-Çin danışıqlarına DƏSTƏK

Ağ Evdən Ukrayna-Çin danışıqlarına DƏSTƏK

Aktual

26 Aprel 2023, 19:33

ABŞ Çin lideri Si Cinpinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarını alqışlayır. 

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

“Biz sədr Si ilə Prezident Zelenski arasında telefon danışığı olması xəbərini alqışlayırıq. Yaxşı olduğunu düşünürük. Biz çoxdan deyirik ki, ÇXR Ukraynanın mövqeyi ilə tanış olmalıdır. Bunun sülhə doğru nəzərə çarpan bir hərəkətə töhfə verib-verməyəcəyini hələ bilmirik", - o deyib.

 

Qeyd edək ki, bu gün Çin və Ukrayna liderləri arasında telefon danışığı baş tutub. Danışıqlar Ukraynanın təşəbbüsü ilə həyata keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et