Modern.az

Cinayətdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Cinayətdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Aktual

4 May 2023, 09:44

Mayın 3-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətidən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et