Modern.az

PKK-nın “komandir”lərindən biri məhv edildi

PKK-nın “komandir”lərindən biri məhv edildi

Aktual

4 May 2023, 12:13

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Kara bölgəsində PKK terrorçularına qarşı əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Əməliyyat zamanı terror təşkilatının təlimlərdən məsul olan "komandir" Əhməd Gümüşü zərərsizləşdirilib.

 

“Cudi Engizek” kod adlı terrorçunun təşkilatın liderlərindən biri hesab edilən Murat Karayılanın mühafizəçisi olduğu bildirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et