Modern.az

Azərbaycana qarşı ərazi iddiamız yoxdur - Simonyan

Azərbaycana qarşı ərazi iddiamız yoxdur - Simonyan

Aktual

4 May 2023, 23:29

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

O, İrəvanın sülh razılaşması əldə etməkdə qərarlı olduğunu bildirib: "Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.

 

Xatırladaq ki, Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak etmək üçün Ankaraya səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et