Modern.az

“Azəriqaz” rəhbərliyi Xızı və Siyəzən sakinləri ilə görüşəcək

“Azəriqaz” rəhbərliyi Xızı və Siyəzən sakinləri ilə görüşəcək

Aktual

6 May 2023, 11:15

“Azəriqaz” İB rəhbərliyinin Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

 

Bildirilib ki, 8 may saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Xızı və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək:"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050 845 73 13; 023 31 5 04 53) müraciət edə bilərlər".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et