Modern.az

Sabiq nazir müavini azadlığa çıxdı

Sabiq nazir müavini azadlığa çıxdı

Aktual

8 May 2023, 15:02

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.

 

Modern.az-ın məlumatına görə, müəssisədə sərəncam 34 nəfərə şamil edilib və onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.

 

Azadlığa buraxılanlar arasında mədəniyyət nazirin sabiq müavini Rafiq Bayramov da var.

 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et