Modern.az

Çempionlar Liqası: “Milan” “İnter”ə qarşı

Çempionlar Liqası: “Milan” “İnter”ə qarşı

Aktual

10 May 2023, 12:10

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. Belə ki, “Milan” klubu “İnter”i qəbul edəcək.

 

“San Siro” stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.

 

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası öz meydanında İngiltərənin “Mançester Siti” klubu ilə heç-heçə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et