Modern.az

Qərar millətin olacaq - AKP sözçüsü

Qərar millətin olacaq - AKP sözçüsü

Aktual

14 May 2023, 15:42

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, partiya sözçüsü Ömər Çelik Adanada prezident və 28-ci çağırış parlament seçkilərində səs verib. 

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çelik səs vermək üçün Adana şəhərinin Seyhan rayonundakı Lütfiye Kısacık ibtidai məktəbinə gəlib. 1066 nömrəli seçki qutusunda səs verən Çelik çıxışda jurnalistlərə açıqlamasında səsvermə hüququndan məzun olduğu ibtidai məktəbdə istifadə etdiyini bildirib.

 

Seçkilərin ölkəyə, millətə və ölkəyə ümid bəsləyən hər kəsə xeyirli olmasını arzulayan Çelik: "Nəticədə bütün siyasi partiyalar çıxış etdi. Hər kəs öz tezislərini böyük millətimizə təqdim etdi. Son qərarı millətimiz verəcək”, - deyib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et