Modern.az

Azərbaycanda bizdən narazılıq eşitmisiniz? - Ərdoğan

Azərbaycanda bizdən narazılıq eşitmisiniz? - Ərdoğan

Aktual

23 May 2023, 08:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb mediasının ölkədəki seçkilərlə bağlı ictimai rəyə təsir etmək cəhdlərini tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "TRT Haber"ə müsahibəsində danışıb.

 

Ərdoğanın sözlərinə görə, Qərbin müəyyən dairələri Türkiyənin terrora qarşı mübarizədə uğur qazanmasını qəbul edə bilmir. Bundan əlavə bildirilib ki, Qərb Türkiyənin müdafiə sənayesinin inkişafından narahatdır:

 

"Müdafiə sənayesini gücləndirən Türkiyəni bəyənirlərmi? Təbii ki, bizi sevmirlər. Bizi bəyənmirlər, çünki biz artıq onlardan silah-sursat almırıq. Xalqımız onlara mayın 14-də (seçkilərin birinci turunda – red.) cavab verib. Ümid edirəm ki, mayın 28-də (seçkilərin ikinci turunda - red.) xalqımız yenə də bunu edəcək. Azərbaycan, Qətər və ya Liviyadan bizim səylərimizdən narazılıq barədə eşitmisiniz? Yox. Uğurumuzdan narahat olanlara nəzər saldıqda kimin dost, kimin düşmən olduğu bizə aydın olur".

 

Ərdoğan Türkiyədəki suriyalı qaçqınların öz vətənlərinə könüllü və təhlükəsiz şəkildə qayıtması prosesinə də toxunub:

 

"Bu günə qədər 560 minə yaxın qaçqın terrorçulardan təmizlənmiş ərazilərə qayıdıb. Terror təşkilatları Suriyadan çıxarıldıqca bu rəqəm daha da artacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et