Modern.az

“Magistr” jurnalının 3-cü nömrəsi nəşr edilib

“Magistr” jurnalının 3-cü nömrəsi nəşr edilib

Aktual

23 May 2023, 17:08

Dövlət İmtan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.

 

Jurnalda, həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magistraturasına qəbul elanı da dərc olunub.

 

“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et