Modern.az

Zəngilanda erməni təxribatı - 2 diversant saxlanıldı (YENİLƏNİB)

Zəngilanda erməni təxribatı - 2 diversant saxlanıldı (YENİLƏNİB)

26 May 2023, 20:35

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

 

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

 

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

 

***

20:27

Bir qrup erməni diversant Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.

 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi