Modern.az

Ana dilini bilməyənlər məmur ola bilməz - YENİ QANUN

Ana dilini bilməyənlər məmur ola bilməz - YENİ QANUN

Aktual

31 May 2023, 10:48

Qırğızıstan parlamenti dövlət dili haqqında qanun layihəsini qəbul edib.

 

Modern.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, layihənin təşəbbüskarı hökumət başçısı Akılbek Japarovdur.

 

Yeni qəbul edilmiş qanuna əsasən, qırğız dilini orta səviyyədə (B1) bilməyən vətəndaşlar dövlət və bələdiyyə qulluğunda işləyə bilməyəcəklər.

 

Bundan başqa, televiziya şirkətləri kontentin yarıdan çoxunu qırğız dilində hazırlamalı, saytların qırğızca versiyalarında informasiya digər dillərdəki versiyalardan az olmamalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et