Modern.az

Neftçalada Uşaqlar günü qeyd olundu - FOTOLAR

Neftçalada Uşaqlar günü qeyd olundu - FOTOLAR

Aktual

1 İyun 2023, 19:03

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Neftçala rayon Təhsil Sektoru, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Neftçala RİH-in məsul şəxsləri, şəhid ailələri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.

 

İlk öncə Ümummili liderimiz Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

 

Tədbirdə məktəblilərin hazırladıqları rəsm əsərlərinə, idman nömrələrinə və digər sərgilərə baxış keçirilib və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

 

Salyan Dövlət Kukla Teatrının kollektivinin maraqlı tamaşaları ilə uşaqları sevindiriblər və tədbirin sonunda xatirə şəkili çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı