Modern.az

Avropa ölkələrinin səfirləri Lənkəranda

Avropa ölkələrinin səfirləri Lənkəranda

Aktual

9 İyun 2023, 11:40

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə görüşüblər.

 

Modern.az xəbər verir ki, görüşdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və Polşa, Estoniya, Niderland, Almaniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Çexiyanın diplomatik nümayəndələri iştirak ediblər.

 

Görüş zamanı sabah Lənkəranda təşkil olunacaq “Eurovillage” Avropa mədəniyyəti festivalı ilə bağlı hazırlıq məsələlərini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et