Modern.az

Ruslara işləyən 52 yaşlı casus həbs edildi

Ruslara işləyən 52 yaşlı casus həbs edildi

Aktual

12 İyun 2023, 17:09

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkovda Rusiya kəşfiyyatına gizli məlumatlar ötən 52 yaşlı kişini saxlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan qrupun üzvü olduğu bildirilib.

 

"Sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib", - SBU-nun məlumatında qeyd olunub. 

 

Agent həbs edilib, onu ömürlük həbs cəzası gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et