Modern.az

Goranboyun Şəfəq kəndində səyyar qəbul keçirilib - FOTOLAR

Goranboyun Şəfəq kəndində səyyar qəbul keçirilib - FOTOLAR

Aktual

20 İyun 2023, 15:30

Goranboy rayonunda növbəti səyyar qəbul Şəfəq kəndində keçirilib.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Şəfəq kəndində səyyar görüş keçirib. Bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi və rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et