Modern.az

“Neftçi” bu futbolçu ilə yollarını ayırdı

“Neftçi” bu futbolçu ilə yollarını ayırdı

Aktual

22 İyun 2023, 14:00

“Neftçi” yarımmüdafiəçisi Sezar Meza Kolli ilə başa çatan müqaviləni yeniləməyib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

Bildirilib ki, 31 yaşlı paraqvaylı futbolçu ilə yollarını ayırıb.

 

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et