Modern.az

Mingəçevirin elektrik verilişində yaranan problem həll edildi

Mingəçevirin elektrik verilişində yaranan problem həll edildi

30 İyun 2023, 23:59

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan fasilə tam bərpa edilib.

 

Bu barədə Modern.az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, Mingəçevirdə iyunun 30-da güclü külək səbəbindən irigövdəli ağac elektrik xəttinin üzərinə aşıb. Nəticədə iki küçəni elektrik enerjisi ilə təmin edən xətt qırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi