Modern.az

Bu il 395 kriminal qrup zərərsizləşdirilib - DİN

Bu il 395 kriminal qrup zərərsizləşdirilib - DİN

Aktual

10 İyul 2023, 17:40

“Ötən 6 ay ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrup zərərsizləşdirilib”.

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında çıxışı zamanı daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov deyib.

 

Nazir müavini qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et