Modern.az

Füzulidə dəyirmi masa keçirilib - FOTOLAR

Füzulidə dəyirmi masa keçirilib - FOTOLAR

Aktual

14 İyul 2023, 11:34

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

 

Füzuli rayonunda “Heydər Əliyev İli”  çərçivəsində  Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon prokuroru Elnur Rüstəmov, Füzuli Rayon Polis şöbəsinin rəisi Zaur Abbasov, ziyalılar, şəhid ailələri, qazilər iştirak ediblər.

 

Modern.az xəbər verir ki, əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

 

Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində mühüm əhəmiyyət daşımasından, bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi olmasından söz açdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsinin  qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardığını diqqətə çatdıran Alı Alıyev, Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə  sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmasından, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmasından, əhalinin rifahının xeyli yüksəlməsindən, elm, təhsil, mədəniyyətin güclü inkişaf prosesi keçməsindən, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülməsindən bəhs etdi. Alı Alıyev Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı böyük Zəfərə qovuşdurmasını bir daha diqqətə çatdırıb.

 

Daha sonra Füzuli rayon prokuroru Elnur Rüstəmov Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dövrünü əhatə edən geniş məruzə ilə çıxış edib.

 

Digər çıxışçılar şəhid atası İsmayıl İsmayılov, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev, QRTİ üzrə Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədova  öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə yorulmaz, fədakar fəaliyyətindən, ölkəmizin qazandığı bütün uğurların mənbəyində Ulu Öndər Heydər Əliyev siyasəti dayandığından bəhs ediblər.

 

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et