Modern.az

Partiya sədri eynək oğurladığına görə istefa verdi

Partiya sədri eynək oğurladığına görə istefa verdi

Aktual

24 İyul 2023, 17:16

Norveçin ifrat solçu Qırmızılar Partiyasının lideri Björnar Moxnes istefa verib.

 

Modern.az yerli "Romerikes Blad" qəzetinə istinadən xəbər verir ki, onun istefa verməsinə səbəb iyun ayında baş verən qalmaqal olub.

 

Belə ki, Moxnes Oslo hava limanında butiklərdən birində gün eynəyi oğurlayarkən cinayət başında yaxalanıb. 41 yaşlı siyasətçi mağazadan 1199 Norveç kronu (200 manata yaxın) dəyərində "Hugo Boss" eynəyi oğurlayıb. Əvvəlcə eynəyi təsadüfən götürdüyünü iddia edən siyasətçi günahını etiraf etməyib.

 

Amma müşahidə kameralarından məlum olur ki, Moxnes əvvəlcə eynəyin etiketini cırıb, öncə çamadana, daha sonra isə cibinə qoyub. İyunun 30-da o, oğurluğa görə 3000 kron (500 manata yaxın) cərimələnib. Bu gün verdiyi açıqlamada Moxnes eynəyi oğurladığını etiraf edib və bunu niyə etdiyini "başa düşə bilmədiyini" söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et