Modern.az

Ombudsmana yeni səlahiyyət verildi

Ombudsmana yeni səlahiyyət verildi

Aktual

25 İyul 2023, 16:50

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) yeni səlahiyyət verilib.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

 

“Konstitusiya Məhkəməsi haqqında” qanuna olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et