Modern.az

Naxçıvanda ağır yol qəzası - Yaralılar var

Naxçıvanda ağır yol qəzası - Yaralılar var

Aktual

5 Fevral 2024, 17:52

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə "Azərbaycan" küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, 77-ET-218 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

 

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan biri Naxçıvan şəhər sakini, 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğludur.

 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et