Modern.az

Autizmli şəxslərin Malta modeli ilə tanışlıq səfəri - FOTO

Autizmli şəxslərin Malta modeli ilə tanışlıq səfəri - FOTO

Aktual

23 May 2024, 14:40

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Səfər Qrantları” müsabiqəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilən “Autizmli şəxslər üçün sosial xidmətlərin təkmilləşdirilməsi məqsədilə Malta modeli ilə tanışlıq” layihəsi çərçivəsində Birliyin əməkdaşı Leyla Tağıyava 5-9 may 2024-cü il tarixlərində Malta Respublikasında ezamiyyə səfərində olub. Səfərin məqsədi ölkəmizdə autizmli və əlilliyi olan şəxslərə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə vermək məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik Maltanın dövlət və qeyri-hökumət təşkilatlarının təcrübəsi ilə yaxından tanış olub.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Leyla Tağıyeva Maltada Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komissiya, İnklüzivlik və Könüllülər Nazirliyi yanında Əlillik Məsələləri üzrə Direktorluğu, Dəstək Agentliyinin Gün Mərkəzləri, Milli Məktəbə Dəstək Xidməti nəzdində Autizm Spektr Dəstək Qrupu, Autizmli Valideynlər Assosiasiyası, “Inspire” Fondu “Lino Spiteri” Fondu, Malta Autizm Mərkəzi, Malta Universiteti və Malta İncəsənət, Elm və Texnologiya Kollecində görüşlər keçirib, ətraflı fikir mübadiləsi aparıb və qurumların təcrübəsi ilə əyani tanış olub.

 

Səfər zamanı bəzi qurumlarla aparılan müzakirələr hibrid formatda təşkil edilib və görüşdə "Birgə və Sağlam" İctimai Birliyinin əməkdaşları, həmçinin Sosial Xidmətlər Agentliyinin əməkdaşları da onlayn görüşlərdə fəal iştirak edib, fikir mübadiləsi aparıblar.

 

Səfər olduqca faydalı və məhsuldar keçib, hərtərəfli bilik və təcrübə mübadiləsi aparılıb. Səfər müvafiq sahə üzrə fəaliyyətlərin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlara nümunəvi sosial xidmətlərin göstərilməsi üçün çevik mexanizmlərin qurulma yolları üzrə aydın və uzaqgörən vizyonun formalaşması üçün Birliyə mühüm institusional təcrübə qazandırıb. Birlik bu təcrübədən çıxış edərək ölkəmizdə müvafiq xidmətlərin təkmilləşdirilməsi üçün təşəbbüslər irəli sürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?