Modern.az

Qərbin sanksiyalarından qaçan ruslar “erməniləşir”

Qərbin sanksiyalarından qaçan ruslar “erməniləşir”

Analitika

14 Fevral 2023, 10:52

Ötən il Ermənistanda yaşayış statusu alan Rusiya vətəndaşlarının sayı xeyli artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzetində dərc olunan məqalədə bildirilir.

 

Məlumata görə, 2021-ci ildə 766 nəfər Rusiya vətəndaşı Ermənistanda yaşayış statusu alıb, 2022-ci ildə isə bu rəqəm 11 dəfə artaraq 8562-yə çatıb. Ermənistanda yaşayış statusu alan Ukrayna vətəndaşlarının da sayı artıb.

 

Güman edilir ki, rəqəmin artmasına səbəb Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir. Müharibənin başlamasından sonra Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib. Ağır sanksiyalardan sonra Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaq hədindən artıq çətinləşib.

 

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfədən çox artaraq 2,5 milyard dollara çatıb (2021-ci ildə bu rəqəm 710 milyon dollar olub). Rusiyadan Ermənistana pul köçürmələri də əvvəlki illə müqayisədə 4 dəfədən çox artıb.

 

Ciddi sənaye və xidmət sektoruna malik olmayan Ermənistanın müharibənin başlamasından sonra Rusiyaya ixracatının, Rusiyanın Ermənistanın pul köçürmələrinin artması onu deməyə əsas verir ki, Rusiya sanksiyalardan yan keçmək üçün Ermənistandan istifadə edir.


Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü