Modern.az

Probasiya qeydiyyatında olan 118 nəfər də əfv edilib

Probasiya qeydiyyatında olan 118 nəfər də əfv edilib

Analitika

8 May 2023, 12:27

Əfv Sərəncamı probasiya qeydiyyatında olan alternativ cəzalara məhkum edilmiş 118 nəfərə də aid edilib.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Aqşin Ziyadov Əfv Sərəncamının icrası ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, bu rəqəm Probasiya tarixində ilkdir: "Probasiya qeydiyyatında olan və əfvə salınan 118 nəfər arasında cərimə cəzasına məhkum edilmiş 88 nəfər, elektron qolbaq vasitəsilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər, cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılan 5 nəfər var. Bundan əlavə, azadlıqdan məhrumetmə növündə şərti məhkum edilmiş 2 nəfər, cəzasının icrası təxirə salınmış 3 nəfər, islah işlərinə növündə cəza çəkən 2 nəfər cəzadan azad olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır