Modern.az

Sülh üçün bütün dəstəyi veririk

Sülh üçün bütün dəstəyi veririk

Analitika

25 Sentyabr 2023, 22:47

ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük", - o qeyd edib.

 

Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi