Modern.az

Ermənistan vətəndaş müharibəsinin astanasında: Potensial var, amma...

Ermənistan vətəndaş müharibəsinin astanasında: Potensial var, amma...

Analitika

27 Sentyabr 2023, 10:20

Azərbaycan Ordusunun sentyabrın 19-u başlatdığı və 24 saat keçmədən uğurla başa çatdırdığı lokal xarakterli antiterror tədbirləri sayəsində Azərbaycanın tam suverenliyi bərpa olundu. Antiterror tədirlərindən sonra Ermənistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb.

 

Mitinqlərin sayının artması gözlənilir. Paşinyanın hakimiyyətdən istefa verməsi tələb olunur. Lakin Paşinyanın istefa vermək kimi niyyəti yoxdur.

 

Belə olan halda, hadisələr Ermənistanda vətəndaş müharibəsinə səbəb ola bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, erməni cəmiyyəti yeni müharibə istəmir:

 

“Ermənistanda vətəndaş müharibəsinin olması üçün hazırda heç bir şərait yoxdur. Məntiqlə buna şərait yarana bilərdi. Çünki Qarabağ mövzusu ermənilərin əsas gündəmindəydi və ağrılı problemiydi. Təkcə, son 30 ildə yox,100 il ərzində siyasi hakimiyyətin kim olacağı, siyasətdə olacaq adamın Qarabağla bağlı siyasətindən çox şey asılı olub. Ona görə də, Qarabağda ard-arda ikinci məğlubiyyətdən sonra Paşinyanın hakimiyyətdə qalması erməni cəmiyyətinin yeni bir müharibə və Rusiyanın yanında olmaq istəyində olmadığını göstərir. Ona görə də,  ermənilərin əksəriyyəti Nikol Paşinyanı dəstəkləyirlər”.

Z.Məmmədov vətəndaş mühairbəsindən söhbət getmədiyini vurğulayıb:

 

“N.Paşinyanı mühafizə edən xüsusi təhlükəsizliklə bağlı qruplar var. Xüsusi piar qrupları da var ki, bu istiqamətdə işlərini görürlər. Müxalifət 100 min nəfərə yaxın insanları küçəyə çıxara bilməzsə, hər hansı  vətəndaş müharibəsindən söhbət gedə bilməz. Bəli, Nikol Paşinyanı hakimiyyətdən göndərə bilərlər. Bunun üçün güc strukturlarının Paşinyanın yanında yox, əks tərəfdə dayanması, erməni müxalifətinin  uğurlu gediş etməsi lazımdır. Belə halı hələlik müşahidə etmirik. Onun sui-qəsdə məruz qalması, halkimiyyətdən çevrilməsi istisna edilmir. Hadisələr onu göstərir ki, vəziyyət gərginləşməyə doğru gedəcək”.

 

Politoloq Natiq Miri isə vətəndaş müharibəsi üçün potensialın olduğunu söyləyib:

 

“Silahlar və onlardan istifadə edəcək qüvvələr mövcuddur. Ancaq  bunun ictimai dəstəyi yoxdur. Həlledici olan da budur. Vətəndaş müharibəsindən daha çox silahlı qarşıdurma, sui-qəsd, eyni zamanda terror hadisələrinin həyata keçirilməsi gözləniləndir. Hərbi yolla hakimiyyətin zorla devrilməsi də mümkün ola bilər. Hesab edirəm ki, bu yöndə də Nikol Paşinyanın immuniteti var. Son Ermənistan-ABŞ hərbi təlimlərini nəzərə almaq lazımdır. Hərbi təlimlərdə peşəkar amerikan əsgərləri iştirak etdilər. Onlar Amerikaya qayıtdımı? Bu barədə düşünmək lazımdır. Çünki amerikan əsgərlərinin gəlişi ilə bağlı xəbər olduğu halda, onların getdiyi ilə bağlı xəbər yoxdur. ABŞ-ın dünyada ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Burada 2000, bəlkə də, daha artıq şəxs çalışır. Onların böyük əksəriyyəti xüsusi xidmət orqanları, casus fəaliyyəti ilə məşğul olan peşəkar insanlardır. Təlim keçdiyi insanların etiraz mitinqlərini necə dağıtdığını, aktivlərin necə peşəkar səviyyədə aradan götürdüyünü aydın görmək olar. Ancaq heç kəs bütün təhlükələrdən sığortalanmayıb. O cümlədən sui-qəssdlərin, terrora başlanma ehtimalı var. Buna paralel olaraq, Rusiyanın ciddi fəaliyyəti var. İldırım sürəti ilə Qarabağdan 10 mindən artıq erməninin Ermənistana qayıtmasının arxasında dayanan illət nədir?”

Politoloq vurğulayıb ki, bu adım Paşinyan hökumətini devirməkdən başqa heç nə deyil:

 

“Çünki bunlar etiraz eloktaratıdır, qəzəblidir. Əksəriyyəti qarabağlı deyil. Ermənistan vətəndaşları və zamanında Suriyadan, Livandan gələnlərdir. Bu cür qəzəbli insanlar birdən-birə uzun sürə yaşadıqları evlərindən çıxarılaraq, Ermənistana-qeyri müəyyənliyə doğru göndərilir. Bunlar hazır etiraz eloktaratıdır. Rusiya düşünür ki, azsaylı mitinqlərdə iştirak edən insanlara bunları da qoşsa, etirazçılar güclənəcək. Digər yandan Rusiyanın drijorluğu ilə separat rejimi qoruyan silahlı quldurları düşünün. Bu gün silahlı birləşmələr buraxılıb, silahlar təhvil verilir. Bu silahlı qüvvələr Qarabağdan çıxarılıb Ermənistana göndərilir. Bu da sizə potensial əsgərlər...”.

 

Natiq Miri qeyd edib ki, Ermənistanda Nikol Paşinyanı qoruyan qüvvələr var:

 

“Bunların içərisində ABŞ-ın bütün prosesləri idarə edənləri də var.  Artıq onların təklifi ilə Qarabağdan çıxarılan bütün ermənilərin İrəvana gəlməsinin qarşısı alınıb. Dövlət səviyyəsində bununla bağlı qərar verilib. Bu imitinqlərin daha da böyüyüb, hökuməti devirməsinin qarşını almağa hesablanıb. Dərhal ayıldılar ki, kütləvi köçürmələrin əsas niyyəti  etiraz eloktaratının sayını artırmaq, silahdan istifadə edə bilənlərin əli ilə lazım olanda çevriliş həyata keçirməkdir. Gorusa, Qafana, Zəngəzurun digər ərazilərinə köçürülmüş ermənilərin İrəvana yolu bağlanacaq. Rusiyanın bu xəyalı da suya düşdü. İndiki zəif etirazçı eloktaratı ilə, 1000, 2000 nəfər ilə küçələri bağlamaqla Paşinyanı devirmək mümkün deyil. Sadəcə olaraq, Nikol Paşinyanı və hökumətini ciddi şəkildə qoruyacaqlarsa, düşünürəm ki, müəyən vaxtda,  ən azı bir həftə-10 gündən sonra  sular durulmağa başlayacaq. Yaralar sağalacaq. Artıq Qarabağ, “Artsax” sözləri də yaddaşlardan çıxacaq. Çünki “Artsax getdi, onu satdılar”, “xəyanətkar”, “satqın” kimi şüarlar Ermənistan toplumunda qarşılıq görmədi. Hamı “Artsax”a görə küçələrə axışıb, Paşinyanın hakimiyyətdən getməsini istəmir. Onların yerinə gələcək siyasətçilərə yaxşı bələddirlər. 20 il ərzində həmin insanlar Qarabağ  klanının girovuna çevrildilər. Ermənistanın inkişaf etməməsinin, boşalmasının səbəbkarı məhz Sarksiyan, Köçəryan hakimiyyətləri idi. Ermənilər bunu yaxşı bilir. Ona görə də, pislər içərisində daha az pis olan, Ermənistanın müstəqil subyekt, dövlət olması üçün əlini daşın altına qoyan Paşinyanı müdafiə etmək niyyətindədirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi