Modern.az

Bakıdan Paşinyana verilən mesaj: 4 kənd qaytarılmasa...

Bakıdan Paşinyana verilən mesaj: 4 kənd qaytarılmasa...

Analitika

21 Mart 2024, 17:13

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsində yerli sakinlərlə görüşdə Azərbaycanın tələb etdiyi 4 kəndin geri qaytarılması zərurətini müharibə təhlükəsiylə ona görə izah edib ki, bununla bağlı Bakıdan xəbərdarlıq alıb.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Bakıdan Paşinyana verilən mesajın mahiyyəti bu olub ki, yaxın günlərdə 4 kənd qaytarılmasa, Azərbaycan Ordusu həmin kəndlərə daxil olacaq.

“Həmin mesajı bu ayın 7-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mher Qriqoryana, o da öz növbəsində rəhbəri Nikol Paşinyana çatdırıb. Bunun qarşılığında Paşinyan məsələni qısa müddətdə həll edəcəyini vəd edib”.

E.Şahinoğlu bildirib ki, Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarması qarşılığında rəsmi Bakıya öz təklifini də göndərib:

“Sərhədin delimitasiyasına Ermənistan tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım kəndi bölgəsindən başlayaq”.

Bəs Paşinyanın bu təklfinin arxasında nə dayanır? Ekspert sualı belə cavablandırıb:

“Birincisi, Nikol Paşinyan həmin bəlgədə 4 kəndin Azərbaycana qaytarılmasını təmin etdikdən sonra Qazaxa aid digər 3 kənd mövzusunu “qapatmaq” istəyir. Çünki sərhədin həmin bölgəsinin delimitasiyası razılaşdırılarsa, Azərbaycana məxsus və yerdə qalan 3 kəndin geri qaytarılması mümkün olmayacaq.

İkincisi, Nikol Paşinyan ümid edir ki, 4 kəndi Azərbaycana qaytardıqdan və sərhədin həmin hissəsi müəyyənləşəndən sonra, o sərhədin cənub hissəsindəki itirdiyi yüksəklikləri delitimatisiya yolu ilə geri ala biləcək.

Amma rəsmi Bakının Nikol Paşinyanın hər iki təklifinə razılaşacağı ehtimalı azdır”.

Politoloqun fikrincə, Bakı İrəvandan birinci mərhələdə sülh və ya çərçivə sazişinin imzalanmasını tələb edir.

“Sülh əldə edildikdən sonra müxtəlif mövzularla bağlı danışıqları davam etdirmək olar. 4 kəndin geri qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü