Modern.az

ASAN Xidmət-in yeni sədri kollektivə təqdim olundu - FOTO

ASAN Xidmət-in yeni sədri kollektivə təqdim olundu - FOTO

Aktual

28 Aprel 2018, 18:14

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAn Xidmət) yeni sədri kollektivə təqdim olunub.


Modern.az quruma istinadən xəbər verir ki, Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov  təqdim edib.

 

Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev ASAN Xidmət-in yeni sədri təyin olunub.

ASAN Xidmət-in əvvəlki sədri İnam Kərimov isə kənd təsərrüfatı naziri vəzifəsinə aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?