Modern.az

Bakıda toz dumanı normadan 5,4 dəfə çoxdur

Bakıda toz dumanı normadan 5,4 dəfə çoxdur

Aktual

30 Avqust 2018, 13:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 13:00 üçün) ilə bağlı yeni məlumat yayıb.

Bu haqda nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və  belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı