Modern.az

İranın Borçalı azərbaycanlıları ilə bağlı gizli məqsədi BU İMİŞ

İranın Borçalı azərbaycanlıları ilə bağlı gizli məqsədi BU İMİŞ

Ölkə

Bu gün, 14:59

İran güneydə Zəngəzur dəhlizinin açılmasını istəmir, yuxarıda, yəni Gürcüstanda Borçalı adlanan bölgəni nəzarət altına almaq üçün illərdən bəridir çabalayıb durur. Niyə, dərdi nədir?”

Modern.az-ın məlumatına görə, bunu Borçalı əsilli professor, politoloq Xaləddin İbrahimli deyib.

“Sadə dildə izah edirəm: İran Türkiyəni Azərbaycana bağlaya biləcək bu iki keçidin ikisinə də nəzarət etmək istəyir: Zəngəzur keçidinə və Borçalı keçidinə. Təbii ki, Rusiyanın yardımı ilə. Məqsəd Türkiyənin bölgə ilə bağlarının qurulmasını əngəlləməkdir”, - X.İbrahimli vurğulayıb.

O, təəssüflə Borçalı bölgəsində İranın təsir imkanlarının artdığını qeyd edib. Professorun fikrincə, Azərbaycan və Türkiyənin bölgə ilə sərhəd-keçid məntəqələrini bağlı saxlaması bu prosesə şərait yaradır.

X.İbrahimli bildirib ki, İranın Borçalıda təsir imkanlarının genişlənməsini Azərbaycan və Türkiyə də görür, lakin bunun qarşısını almaq üçün yetərli addımlar atılmır.

O, Azərbaycanın Gürcüstanla sərhədinin bağlı saxlanmasını, Türkiyənin isə Çıldır sərhəd-keçid məntəqəsini açmamasından narazılıq edib. Xaləddon İbrahimlinin fikrincə, bu vəziyyət İranın Borçalıda fəaliyyətini genişləndirməsi üçün əlverişli şərait yaradır.

Professor Gürcüstanda İran kapitalının və biznesinin geniş yayıldığını bildirərək, qonşu ölkədə 7 mindən çox İran şirkətinin fəaliyyət göstərdiyini bildirib.

“Bu kiçik ölkədə İranın 7 mindən çox şirkəti çalışır. Yəni İran sakit-sakit işləyir, amma hörümçək toru kimi ölkəni sarır”, – deyə o vurğulayıb.

Xaləddon İbrahimli Gürcüstan hakimiyyətinin İranın bölgədəki fəaliyyətinə şərait yaratdığını da qeyd edib. Onun fikrincə, İran dini və məzhəbi təbliğat vasitəsilə Türkiyə ilə sərhəddə yerləşən Borçalı əhalisinin Türkiyədən uzaqlaşmasına çalışır.

Professor deyib ki, İran bölgədə gənclərə təsir göstərməyə, onları radikal dini düşüncələrə yönəltməyə, narkotik vasitələr vasitəsilə zəhərləməyə və azərbaycanlı əhalinin siyasi fəallığını zəiflətməyə çalışır.

O, həmçinin rəsmi Tbilisinin azərbaycanlıların assimilyasiyası məsələsində Tehranın təcrübəsindən yararlandığını söyləyib.

Xaləddin İbrahimli Borçalının iqtisadi və sosial vəziyyətinə də toxunub. O bildirib ki, Azərbaycanla quru sərhədin bağlı olması, Türkiyə ilə əlaqələrin məhdudluğu bölgə əhalisini alternativ ticarət yolları axtarmağa məcbur edir.

“İndi bir başqa sual verim: Azərbaycan yolu bağlı, Türkiyə yolu da bağlı. Borçalı əhalisi neyləsin? Nə təklif edirsiniz? Acından qırılsınlarmı? Məcburən Ermənistanla da alver edəcək, İranla da, daha bacarıqlı gənclər isə Qara dəniz üzərindən dünya ilə əlaqə quracaq. Axı Borçalını İranın kontroluna itələyən biz özümüzük – Azərbaycan və Türkiyədir. Həm də illərdən bəri”, – deyə o bildirib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Parlamentdə qohumbazlığa ETİRAZ: Mehdiyevin oğlu məhkəməyə gətirildi