Modern.az

Rəşad Sadıqov dopinq-testdən keçirilib

Rəşad Sadıqov dopinq-testdən keçirilib

Aktual

30 Avqust 2018, 23:35

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Moldova "Şerif"i ilə Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşündən sonra da diqqət mərkəzinə düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi bu dəfə dopinq-test otağına aparılıb.

 

O, dopinq yoxlamasına dəvət olunub.

 

Qeyd edək ki, Rəşad Sadıqov əvvəlki 3 oyunda bəzi azarkeşlərin tənqidləri ilə üzləşib. Fanatlar onun zəif çıxış etdiyini bildirərək, karyerasını bitirməsinin gərəkliyini dilə gətiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı