Modern.az

Şirvanda qadın kişini bıçaqladı

Şirvanda qadın kişini bıçaqladı

Aktual

26 Aprel 2020, 21:41

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər veri ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu mübahisə zəminində qadın tərəfindən üz və qulaq nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilib. Məlumata görə, İ.İbrahimov qadını Bakıdan Şirvana gətirib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada