Rusiyada 874 hərbçidə koronavirus aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, silahlı qüvvələrdə martdan 26 aprel tarixinə qədər koronavirus testi keçirilib: "Nəticəsi müsbət çıxanlar müalicə olunur. Müdafiə Nazirliyinin hospitallarında 314 nəfər müalicədədir. 175 nəfər xidmətçi məntəqələrdə, 6 nəfər mülki tibbi müəssisələrdə, 379 nəfər isə evdə izolyasiya olunub”.