Modern.az

Sumqayıt sakini naməlum şəxs tərəfindən qətlə yetirildi

Sumqayıt sakini naməlum şəxs tərəfindən qətlə yetirildi

Aktual

27 Aprel 2020, 00:38

Sumqayıtda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.

Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunmasına baxmayaraq ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada