Modern.az

Yeni Zelandiyada 5.6 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiyada 5.6 bal gücündə zəlzələ baş verib

Aktual

27 Aprel 2020, 09:06

Yeni Zelandiyanın Cənubi adasının cənub-qərbində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Geofiziki Müşahidələr Xidməti xəbər yayıb.

 

Məlumata əsasən, zəlzələnin episentri Te-Anau şəhərindən 40 kilometr şimalda, ocağı isə 67 km dərinlikdə yerləşib.

 

Mümkün xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

 

Bir həftə əvvəl geofiziki müşahidələr xidməti eyni bölgədə 5.0 bal gücündə zəlzələ barədə bildirib. Zəlzələnin mərkəzi 56 km dərinlikdə yerləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada