Modern.az

Bərdədə ailə faciəsi: 2 qardaş yol qəzasında ölüb

Bərdədə ailə faciəsi: 2 qardaş yol qəzasında ölüb

Aktual

27 Aprel 2020, 09:32

Bərdə rayonunda ölümlə nəticələn yol-qəza hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

 

Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil 1980-ci il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində E.Cəfərov hadisə yerində ölüb. Onun qardaşı Seymur Cəfərov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada