Ermənistanda koronavirusa yoluxanların sayı 1 808 nəfərə çatıb.
Modern.az Ermənistan KİV-inə istinadən məlumatına görə, son sutka ərzində 62 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb.
İndiyə kimi Ermənistanda ümumilikdə 29 nəfər koronavirusdan ölüb, 931 nəfərin müalicəsi davam edir.
İşğalçı ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.