Modern.az

Bu ölkədə koronavirusdan sutkalıq ölü sayı 13 nəfərədək azaldı

Bu ölkədə koronavirusdan sutkalıq ölü sayı 13 nəfərədək azaldı

Aktual

8 İyun 2020, 00:28

Fransada koronavirus qurbanlarının sayı artıb.

 

Modern.az  xəbər verir ki,  son sutka ərzində xəstəxanalarda müalicə alan 13 nəfər həyatını itirib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 29 155-ə çatıb.

 

Fransada son sutkada 343 yeni yoluxma  qeydə alınıb. Bununla da Fransada təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 153 977 nəfərdir.


Epidemiyanın başlanğıcından ölkədə 102,6 min insan xəstəxanalara müraciət edib. Onlardan 70,8 mindən çoxu sağalaraq evlərinə buraxılıb. Hazırda xəstəxanalarda 12 461 nəfər müalicə alır.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?