Goranboy rayon icra hakimiyyəti başçısı Buzluq-Başqışlaq ərazisində yaylaq otlaq sahələrinə köç etmiş qoyunçuluq təsərrüfatlarında olub.
Modern.az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyev, rayon Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru və digər məsul şəxslər burada qoyunçuluqla məşğul olan təsərrüfat sahibləri və çobanlarla görüşüb.
Çobanlarla səmimi söhbət edən icra başçısı heyvanların saxlanma şəraiti ilə tanış olub, buradakı insanların problemləri ilə maraqlanıb.
Məhərrəm Quliyev heyvanlara vaxtında baytarlıq xidmətlərinin, o cümlədən vaksinasiya tədbirlərinin aparılması ilə bağlı, tapşırıq və tövsiyələrini verib.