Modern.az

Bakıda narkotacirin evindən 25 kq heroin çıxdı

Bakıda narkotacirin evindən 25 kq heroin çıxdı

Aktual

8 İyun 2020, 12:58

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Əzizov Xətai rayonu ərazisində tutulub.

 

Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın, kirayədə yaşadığı məzildən isə 25 kiloqrama yaxın heroin, 1 kiloqram  870 qram tiryək, 3 kiloqram 275 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?