Modern.az

İranda daha 70 nəfər koronavirusun qurbanı oldu

İranda daha 70 nəfər koronavirusun qurbanı oldu

Aktual

8 İyun 2020, 14:02

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

Onun sözlərinə görə, ölkədə daha 2 043 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 173 832-yə çatıb.

 

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 70 nəfər artaraq 8 351 nəfərə yüksəlib.

 

O həmçinin 2 619 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

 

Bundan başqa, indiyədək 136 360 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?