Modern.az

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur

Aktual

8 İyun 2020, 14:44

Goranboy rayonunda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur.

 

Modern.az xəbər verir ki, Goranboyda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilib.

 

Hazırda rayonda arpa biçini davam etdirilir. Biçinə 100-dən artıq kombayn, 200-ə dək yük maşınları və traktorlar, baş verə biləcək yanğın təhlükəsinin dərhal alınması məqsədi ilə 30-a yaxın şum traktorları cəlb edilib. 

 

8 iyun 2020-ci il tarixə rayon üzrə 1430 hektar sahədən 4624,5 ton məhsul götürülüb. Məhsuldarlıq 32,3 sentner təşkil edir. Bunula belə qənaətə gəlmək olar ki, bu il Goranboy rayonunda yüksək məhsuldarlıq əldə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?