Modern.az

Azərbaycanda 10-a yaxın tibb işçisi koronavirusdan ölüb 

Azərbaycanda 10-a yaxın tibb işçisi koronavirusdan ölüb 

Aktual

12 İyun 2020, 19:28

“İndiyə kimi yeni növ koronavirusa yoluxan 10-a yaxın tibb işçisi vəfat edib”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

 

V.Əliyev deyib ki, xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar tibb işçiləridir: “Xəstələnən insanlarla ən çox ünsiyyətdə olanlar həkimlər, tibb bacıları və xadimələrdir. Bu insanlar yüksək risk qrupundadır və onlar arasında yoluxma çoxdur. Daha çox yoluxma orta və kiçik tibb işçiləri arasında qeydə alınıb. Ancaq bunun sayını söyləmək çətindir. Çünki tibb işçiləri özlərini evdə də müalicə edə bilərlər. Yoluxan və yaşı çox olan tibb işçilərində bu xəstəlik daha ağır keçir, ölüm riski daha yüksəkdir. İndiyə qədər koronavirusdan 10-a yaxın tibb işçisi dünyasını dəyişib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!