Modern.az

Rəhim Qazıyevin döyülməsilə bağlı cinayət işi başlanıldı

Rəhim Qazıyevin döyülməsilə bağlı cinayət işi başlanıldı

Aktual

12 İyun 2020, 19:50

Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanıb:

 

“Bu barədə  faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!